Latviya Ukraynaya hərbi-kəşfiyyat maşınları tədarük edəcək

Baş səhifə

Bakı.Trend:

Latviya hökuməti Ukraynaya CVR(T) hərbi kəşfiyyat maşınlarının
yeni partiyasını ötürəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu Baltikyanı respublikanın müdafiə
naziri Andris Spruds bildirib.

Spruds vurğulayıb ki, CVR(T) maşınlarının Ukraynaya tədarükü
yerli silahlı qüvvələrin tələblərinə və operativ imkanlarına hər
hansı təsir göstərməyəcək.




Sonuncu dəfə 2025-ci ilin noyabr ayında Latviya Ukrayna ordusunu
12 CVR (T) kəşfiyyat maşını ilə təchiz edib.

CVR(T) (Combat Vehicle Reconnaissance – Tracked) Latviya
ordusunda istifadə olunan yüngül tırtıllı kəşfiyyat zirehli
maşınları ailəsidir və ilk olaraq Böyük Britaniyada hazırlanıb. Bu
platformaya daxil olan əsas kəşfiyyat variantı (məsələn, Scimitar)
təxminən 8 ton kütləyə malikdir, 3 nəfərlik ekipajla idarə olunur
və maksimal sürəti 80 km/saat civarındadır. Maşın alüminium zirehlə
təchiz olunub (təxminən 20–60 mm), bu da onu yüngül və yüksək
manevr qabiliyyətli edir, lakin ağır zirehli texnika ilə birbaşa
döyüş üçün nəzərdə tutulmayıb.