ABŞ zərbələri nəticəsində İranın 158 gəmisi məhv edilib – Tramp

Baş səhifə

Bakı. Trend:

İrana qarşı hərbi əməliyyatın başlanğıcından bəri endirilən
zərbələr nəticəsində İslam Respublikasına məxsus 158 gəmi məhv
edilib.

Trend xəbər verir
ki, bunu ABŞ Prezidenti Donald Tramp Tennessi ştatının Memfis
şəhərində keçirilən tədbirdə çıxışı zamanı bildirib.




Onun sözlərinə görə, ABŞ zərbələri İranın müdafiə sənayesi
kompleksinə ciddi zərbə vurub və ölkənin Hərbi Dəniz Qüvvələrinin
fəaliyyəti iflic edilib.

Tramp əlavə edib ki, İranın pilotsuz uçuş aparatları və
ballistik raket buraxılışlarının sayı da guya 90 faizdən çox
azalıb.