Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var

Baş səhifə
Abşeronda motosiklet yük avtomobilinə çırpılıb, ölən var

Abşeronda motosiklet yük avtomobilinə çırpılıb.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Xırdalan şəhərində, Heydər Əliyev prospekti ərazisində qeydə alınıb.

Motosiklet idarə edən 1994-cü il təvəllüdlü Hüseynov Ramin Nurəddin oğlu hərəkətdə olarkən yolun kənarında dayanmış yük avtomobilinə çırpılıb.

Qəza nəticəsində motosikletçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.