
Bakı. Trend:
İran Buşehr Atom Elektrik Stansiyasına edilən hücum barədə
Beynəlxalq Atom Enerjisi Agentliyini (BAEA) məlumatlandırıb.
Trend-in
məlumatına görə, bu barədə BAEA “X” sosial şəbəkəsində yazıb.
“İran çərşənbə axşamı Buşehr nüvə elektrik stansiyasının
ərazisinə mərmi düşməsi barədə BAEA-ya məlumat verib. Stansiyaya
dəyən ziyan və ya işçilərin xəsarət alması barədə heç bir məlumat
verilməyib. Baş direktor Rafael Qrossi nüvə qəzası riskinin
qarşısını almaq üçün münaqişə zamanı maksimum təmkinli olmağa
çağırışını bir daha təkrarlayır”, – deyə bildirilib.

