
Bakı. Trend:
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən amerikalı diplomatlara
ölkəni dərhal tərk etmələri barədə göstəriş verilib.
Trend xəbər verir ki, bu
barədə mənbələrə istinadən “New York Times” qəzeti yazıb.
Qəzet qeyd edir ki, Dövlət Departamentinin bu qərarı ABŞ
rəsmilərinin regionda risklərin artdığını gördüyünü göstərir.
Bildirilir ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı başladığı
müharibədən sonra ilk dəfədir ki, nazirlik Səudiyyə Ərəbistanından
əməkdaşların məcburi şəkildə çıxarılmasını təsdiqləyir və ya belə
bir göstəriş verir.
Məlumata əsasən, Dövlət Departamentinin göstərişi yalnız
Ər-Riyaddakı ABŞ hökumət əməkdaşlarını deyil, həmçinin ABŞ
konsulluqlarının yerləşdiyi Ciddə və Dəhran şəhərlərində çalışan
işçiləri də əhatə edəcək.

