
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Latın Amerikası ölkələrində narkotik
qaçaqmalçılığına qarşı mübarizə aparmaq məqsədi daşıyan hərbi
koalisiya yaradıldığını bildirib.
Trend xəbər verir
ki, bu barədə Tramp Florida ştatında bir neçə Latın Amerikası
ölkəsinin liderləri ilə görüş zamanı danışıb.
“Bu tarixi gündə cinayətkar narkotik kartellərinə qarşı mübarizə
aparacaq yeni bir koalisiya elan etmək üçün toplaşırıq”, – deyə o
qeyd edib.
Onun sözlərinə görə, təşəbbüsün iştirakçıları narkotik
qaçaqmalçılarını zərərsizləşdirmək üçün ordudan istifadə
edilməsinin vacibliyi barədə razılığa gəliblər.
Görüşdə Braziliya və Meksika təmsil olunmayıb. Trampın sözlərinə
görə, Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-nin narkotik
kartellərinə qarşı mübarizə ilə bağlı təkliflərini rədd edib.

