
Gümrünün sabiq meri Vardan Qukasyanın həbs müddəti daha 2 ay uzadılıb.
APA xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Qeyd edək ki, Qukasyan mer olduğu zaman rüşvət almaqda ittiham olunur. Bu iş üzrə ötən il daha 7 nəfər həbs olunub.

