Həftəsonu polis əməkdaşları tərəfindən xeyli sayda silah-sursat aşkarlanıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən fevralın 21-də və 22-də polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat silahı, 3 tapança, 2 qumbara, 1 alışdırıcı, 67 tüfəng, 18 patron darağı və 3867 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

