“Paris” klubu Stefan Jiyi ilə yollarını ayırdı

Baş səhifə

Bakı. Trend:

Fransanın “Paris” klubu baş məşqçisi Stefan Jiyi ilə yollarını
rəsmi şəkildə ayırdığını açıqlayıb. 51 yaşlı mütəxssis 2023-cü ilin
yayından bəri komandaya rəhbərlik edirdi.

Trend xəbər verir
ki, Jiyinin rəhbərliyi altında paytaxt təmsilçisi Liqa 1-ə yüksələ
bilmişdi.




Lakin cari mövsümdəki zəif çıxış rəhbərliyin qərarına təsir
edib. Belə ki, Fransa çempionatında keçirilən 23 turdan sonra 23
xal toplayan “Paris” turnir cədvəlinin 14-cü pilləsində
qərarlaşıb.

Qeyd olunur ki, Stefan Jiyi baş məşqçi kimi ilk təcrübəsini
yaşayırdı. O, əvvəllər Mərakeş və Bosniya və Herseqovina milli
komandalarında, həmçinin Soşo və Qrenobl klublarında köməkçi məşqçi
vəzifəsində çalışıb.