Ceydon Sanço karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər

Baş səhifə

Bakı. Trend:

İcarə əsasında “Aston Villa”da çıxış edən Ceydon Sanço
karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.




Məlumata görə, “Borussiya” ingiltərəli vingeri heyətinə qatmaq
variantını nəzərdən keçirir. Sanço müqavilə ilə “Mançester
Yunayted”ə məxsusdur. Onun “qırmızı şeytanlar”la müqaviləsi yayda
başa çatır. Dortmund təmsilçisi mövsümün sonunda azad agent
statusunda olacaq 25 yaşlı futbolçunu rənglərinə bağlamaq üçün
yaxın zamanda danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində “Aston Villa”ya
icarəyə verilib.