Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları keçiriləcək

Baş səhifə
Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal oyunları keçiriləcək

Basketbol üzrə Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları bu gün keçiriləcək.

“Report” xəbər verir ki, saat 18:00-da “Ordu” klubu “Sabah”la qarşılaşacaq.

Yarımfinalın ikinci matçı isə “Gəncə” və “Şəki” arasında keçiriləcək. Görüş saat 21:00-da başlayacaq.

Hər iki oyun Bakı İdman Sarayında təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan Kubokunun finalı fevralın 22-də keçiriləcək. Bu görüş saat 17:00-da başlayacaq.