
Bakı. Trend:
Bu ilin yanvar ayında Azərbaycandan İndoneziyaya 17,9 milyon ABŞ
dolları dəyərində bitumlu süxurlarndan əldə olunmuş 38,6 min ton
xam neft və neft məhsulları ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Qeyd edək ki, ötən ilin yanvar ayında bitumlu süxurlardan əldə
olunmuş xam neft və neft məhsullarının İndoneziyaya tədarükü ilə
bağlı məlumatlar açıqlanmamışdı.
Qeyd edək ki, yanvar ayında Azərbaycandan dünyanın 11 ölkəsinə
ümumilikdə 1,238 milyard ABŞ dolları dəyərində bitumlu süxurlardan
əldə edilən 2,643 milyon ton xam neft və neft məhsulları ixrac
olunub.
Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bu
göstərici dəyər ifadəsində 665 milyon ABŞ dolları və ya 34,9%
azalıb, eyni zamanda həcm baxımından 818 min ton və ya 23,6%
artıb.

