Yaponiyada Baş nazir seçildi

Baş səhifə

Bakı. Trend:

Yaponiyada Liberal-Demokratlar partiyasının lideri Sanaye
Takaiti növbəti dəfə ölkənin Baş naziri seçilib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Parlamentin aşağı palatasında keçirilən səsvermədə 354 deputat
onun hökumətin başında qalmasını dəstəkləyib.

Formal olaraq, səsvermə paralel şəkildə yuxarı palatada da
səsvermə keçirilir; lakin həmin palatada hakim blok azlıq təşkil
edir. Bununla belə, Baş nazirin seçilməsi məsələsində son söz aşağı
palataya məxsusdur ki, bu da faktiki olaraq Takaitinin baş nazir
seçilməsi deməkdir.