
Bakı. Trend:
Cari ilin yanvar ayında Azərbaycandan 44,7 min ton həcmində,
32,2 milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunan
neft və neft məhsulları, o cümlədən tərkibində neft və ya neft
məhsullarının miqdarı 70 kütlə faizi və daha çox olan məhsullar
ixrac olunub.
Trend bu barədə
Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir.
Ötən ilin yanvar ayı ilə müqayisədə bu göstərici dəyər
ifadəsində 13,1 milyon ABŞ dolları və ya 68,6 faiz, həcm ifadəsində
isə 3,1 min ton və ya 7,5 faiz çoxdur.
Hesabat dövründə qeyd olunan məhsulların ölkənin ümumi ixrac
həcmində payı 1,44 faiz təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar ayında Azərbaycan xarici
ölkələrlə 3,538 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatları
həyata keçirib.
Məlumata görə, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 1,5
milyard ABŞ dolları və ya 30,5 faiz azdır.
Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 2,236 milyard ABŞ
dolları ixracın, 1,302 milyard ABŞ dolları isə idxalın payına
düşüb. Son bir il ərzində ixrac 802 milyon ABŞ dolları və ya 26,4
faiz, idxal isə 750 milyon ABŞ dolları və ya 36,5 faiz azalıb.
Nəticədə xarici ticarət 933,6 milyon ABŞ dolları məbləğində
müsbət saldo ilə başa çatıb ki, bu da ötən illə müqayisədə 52,4
milyon ABŞ dolları və ya 5,3 faiz azdır.

