
Pakistanın şimal-qərbindəki Xeybər-Paxtunxva əyalətində baş verən partlayış nəticəsində ən azı iki nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər polisə istinadən məlumat yayıb.
Həlak olanlar arasında uşaq da var.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb, onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Partlayış Bannu dairəsindəki Miryan polis bölməsinin yaxınlığında baş verib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


