Səfir: Bakı və Əbu-Dabi hərtərəfli iqtisadi tərəfdaşlıq barədə razılığa gəlib

Baş səhifə
Səfir: Bakı və Əbu-Dabi hərtərəfli iqtisadi tərəfdaşlıq barədə razılığa gəlib

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Azərbaycan arasında münasibətlər iki ölkənin rəhbərliyinin siyasi iradəsi sayəsində strateji səviyyəyə çatıb.

“Report”un məlumatına görə, bu barədə BƏƏ-nin Bakıdakı səfiri Məhəmməd Əl Bluşi iki dövlət arasında ərzaq və kənd təsərrüfatı məsələlərinə dair dəyirmi masada çıxış edərkən bildirib.

“Ortaq dəyərlərə, qarşılıqlı hörmətə və gələcəyə yönəlmiş baxışa əsaslanaraq, biz ölkələrimiz arasında hərtərəfli iqtisadi tərəfdaşlıq və strateji əməkdaşlıq barədə razılaşmalara nail olmuşuq”, – diplomat qeyd edib.

Məlumat yenilənir