Millimizin Millətlər Liqasındakı rəqibləri açıqlandı

Baş səhifə

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

Modern.az xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə əsasən, D liqasında çıxış edəcək yığmamız 2-ci qrupda yer alıb.

Birinci səbətdə olan Azərbaycan millisi Litva və Lixtenşteyn komandaları ilə üz-üzə gələcək.

Qeyd edək ki, UEFA Millətlər Liqasının yeni mövsümü 2026-cı ilin sentyabrında başlayacaq.