Ötən il SOCAR tərəfindən xarici bazarlara 16,1 milyon ton neft ixrac edilib

Baş səhifə

Bakı.Trend:

2025-ci ildə SOCAR tərəfindən 66 min metr qazma işləri həyata
keçirilib. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində
istismar etdiyi yataqlardan 7,1 milyon ton neft, 7,8 milyard
kubmetr qaz hasil olunub.

Trend xəbər
verir ki, bu barədə SOCAR-ın 2025-ci il üzrə qazma, hasilat, emal
və ixrac göstəricilərinə dair məlumatda bildirilir.

Qeyd edilir ki, şirkət üzrə təbii qaz hasilatı ötən ilin müvafiq
dövrü ilə müqayisədə 1,4% artıb. Ölkə üzrə qaz hasilatı isə 2024-cü
illə müqayisədə 2,1% artaraq, 51,5 milyard kubmetr4 təşkil edib.
Ümumilikdə, ötən il Azərbaycanda 27,7 milyon ton5 neft hasil
olunub.

Hesabat dövründə SOCAR tərəfindən xarici bazarlara ixrac edilən
neft həcmləri 16,1 milyon ton təşkil edib. Buraya şirkətin öz
imkanları ilə çıxardığı neft həcmləri ilə birlikdə ölkəmizdə
fəaliyyət göstərən beynəlxalq konsorsiumlar tərəfindən hasil olunan
neftin Azərbaycan dövlətinə və SOCAR-a məxsus mənfəət payları da
daxildir. Ölkə üzrə təbii qaz ixracı 25,2 milyard kubmetr7,
istehlakı isə 13,2 milyard kubmetr təşkil edib. Elektrik
enerjisinin istehsalında bərpa olunan enerji mənbələrinin payının
artması nəticəsində ölkə daxilində təbii qaz sərfiyyatı 3,1%
azalıb.

Ötən il SOCAR tərəfindən 6,2 milyon tondan9 çox neft, 3 milyard
kubmetrdən çox qaz emal edilib. Hesabat dövründə neft emalı 2024-cü
illə müqayisədə 7,2% artıb. SOCAR-ın Azərbaycandakı müəssisələrində
istehsal olunan 2,2 milyon ton11 neft, neft-kimya və qaz-kimya
məhsulları xarici bazarlara ixrac edilib.

Qeyd: Mətndə istifadə olunan rəqəmlər oxunaqlılıq məqsədilə
yuvarlaqlaşdırılıb. Tam dəqiq rəqəmlər müvafiq olaraq, aşağıdakı
istinadlarda göstərilib.

65.945 metr

7.098.715 ton

7.823.381.000 kubmetr




51.470.886.000 kubmetr

27.671.063 ton

16.065.728 ton

25.193.865.029 kubmetr

13.240.554.327 kubmetr

6.225.953 ton

3.036.010.184 kubmetr

2.168.942 ton