Sumqayıt şəhərində fərdi yaşayış evində yanğın baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə beton zavod ərazisində qeydə alınıb.
İlkin məlumata görə, evdə baş verən yanğın zamanı bir nəfər həyatını itirib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

