Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq yeni sahələrdə əməkdaşlığı inkişaf etdirəcək – Emi Karlon

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin aparıcı 30 şirkətinin bu tarixi səfəri ABŞ–Azərbaycan
münasibətlərində mühüm mərhələ və Cənubi Qafqazda davamlı sülh və
rifah naminə Prezident Trampın baxışının həyata keçirilməsinə doğru
atılmış növbəti addımdır.

Trend xəbər
verir ki, bu sözləri ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti
işlər vəkili Emi Karlon Amerika şirkətlərinin Azərbaycana ilk
biznes missiyası çərçivəsində bildirib.

“Bu gün vitse-prezident Vens və Prezident İlham Əliyev ABŞ ilə
Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar.
Bu nümayəndə heyətinə daxil olan şirkətlərlə əməkdaşlıq
çərçivəsində strateji tərəfdaşlığımız hər iki ölkə üçün faydalı
olan yeni sahələrdə əməkdaşlığı inkişaf etdirəcək”, – o qeyd
edib.