Britaniyanın Baş nazirigələn həftə ərzində istefa verə bilər

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Baş naziri Kir Starmer bir həftə ərzində
istefa verməyə məcbur edilə bilər.

Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi hakim
Leyboristlər Partiyasındakı mənbələrə istinadən xəbər verib.




Bu cür söhbətlərə səbəb, pedofiliyada ittiham olunan amerikalı
maliyyəçi Ceffri Epşteynin dostu Peter Mandelsonun Britaniyanın
ABŞ-dakı səfiri təyin edilməsi ilə bağlı qalmaqal olub. Bu qalmaqal
artıq 8 fevralda istefa verən Britaniya Baş nazirinin aparat
rəhbəri Morqan MakSuininin istefasına səbəb olub.