Livanda beşmərtəbəli bina çöküb, ölənlər var

Baş səhifə

Bakı. Trend:

Livanın şimalındakı Tripoli şəhərində beşmərtəbəli binanın
çökməsi nəticəsində azı altı nəfər həlak olub.

Trend-in
məlumatına görə, bu barədə Tripoli meri Əbdül Həmid Kərimə rəsmi
internet saytında yayımlanan açıqlamasında bildirib.




“Hazırda dağıntılar altından altı cəsəd çıxarılıb, daha yeddi
nəfər isə sağ xilas edilib. Yaralılar xəstəxanaya yerləşdirilib”, –
deyə mer qeyd edib. Onun sözlərinə görə, xilasetmə işləri davam
edir və ölənlərin, eləcə də yaralananların sayının artacağı istisna
olunmur.

Əbdül Həmid Kərimə vurğulayıb ki, son günlərdə güclü yağışlardan
sonra iki yaşayış binasının uçduğu qədim Bab əl-Təbbənə
məhəlləsinin fəlakət zonası elan edilməsi üçün hökumətə müraciət
edib.