Sosialist Xose Sequro Portuqaliya prezident seçkilərində qalib gəlir

Baş səhifə

Bakı. Trend:

Portuqaliyada keçirilən prezident seçkilərinin ikinci turunda
Sosialist Partiyasının namizədi Antonio Xose Sequro qalib
gəlir.

Trend-in
məlumatına görə, bu barədə “EFE” agentliyi xəbət verib.




Məlumata əsasən, səslərin 95%-dən çoxu sayıldıqdan sonra o,
66,14% səs topladı. Seguranın rəqibi, ifrat sağçı “Chega!”
(Bəsdir!) partiyasının namizədi Andre Ventura səslərin 33,86%-ni
topladı.

Portuqaliyanın mərkəz-sağçı hökumətinin rəhbəri Luis Monteneqro
artıq Sequro ilə “müsbət və konstruktiv” əməkdaşlığa hazır olduğunu
bildirib.