
Bakı. Trend:
İran dinc məqsədli nüvə proqramı və uranın zənginləşdirilməsini
öz təbii haqqı hesab edir.
Trend-in
məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçi
bu gün Tehranda keçirilən İranın Xarici Siyasəti və Xarici
Münasibətlər Tarixi Konfransında deyib.
Onun sözlərinə görə, İran bu istiqamətdə çoxlu maddi və mənəvi
vəsaitlər xərclənib. Bu vəsaitlər ölkənin ehtiyacına uyğun şəkildə
olub.
Əraqçi bildirib ki, uranın zənginləşdirilməsi və nüvə proqramı
İranın ehtiyaclarından hesab olunur və ölkənin bir çox sahələrdə, o
cümlədən kənd təsərrüfatı, səhiyyə və digər sahələrdə ehtiyaclarını
təmin edir. Zəngiləşdirilən uran Atom Elektrik Stansiyasında da
yanacaq olaraq zəruridir.
“İrana dəfələrlə bildirilib ki, uranı zənginləşdirmək haqqınız
yoxdur və zənginləşdirmə sıfır dərəcəsində olmalıdır. İranın nüvə
proqramı haqda narahatlığa görə, bu, bəyan olunur. Qarşı tərəf
narahatdırsa, İran narahatlıqları aradan qaldırmağa, sualları
cavablandırmağa hazırdır. Etimad yoxdursa, etimadı yaratmağa
hazırdır. Lakin kimsənin nəyə sahib olub-olmamağı demək haqqı
yoxdur”, – deyə o qeyd edib.
Qeyd edək ki, 6 fevralda Oman paytaxtı Məsqətdə İran və ABŞ
arasında nüvə proqramı ilə əlaqədar danışıqlar başlanılıb.
Danışıqların davam etdirilməsi üzrə iki tərəf tərəfindən razılıq
əldə olunub.

