Yaponiyada parlamentin aşağı palatasına seçkilər keçirilir

Baş səhifə

Bakı. Trend:

Fevralın 8-də Yaponiya Parlamentinin Nümayəndələr Palatasına
seçkilər keçirilir.

Trend xəbər verir
ki, yerli vaxtla səhər saat 7:00-dan səsvermə prosesinə start
verilib. Parlamentin aşağı palatasında 465 yer uğrunda 1200-dən çox
namizəd mübarizə aparır. Seçicilər yerli vaxtla saat 20:00-dək səs
verə biləcəklər.

Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı
isə proporsional sistem üzrə seçiləcək.




Hakim Liberal Demokrat Partiyası ilə Yaponiya İnnovasiya
Partiyasının koalisiyası parlamentdə çoxluq əldə edərsə, hazırkı
Baş nazir Sanae Takaiçinin kabineti fəaliyyətini davam etdirəcək.
Bunun üçün koalisiya ən azı 233 yer qazanmalıdır.

Qeyd edək ki, yanvarın 23-də Baş nazir Sanae Takaiçi parlamentin
aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın
8-nə təyin olunması planını təsdiqləyib. Aşağı palataya son
seçkilər 2024-cü ilin oktyabrında keçirilib.