
Bakı. Trend:
“Real Madrid” futbol klubu ilə iki dəfə Avropa Çempionlar
Kubokunun (hazırkı Çempionlar Liqası) qalibi olmuş ispaniyalı
keçmiş futbolçu Manolin Bueno 86 yaşında vəfat edib.
Trend xəbər verir
ki, bu barədə klubun rəsmi saytında məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Hücumçu karyerası ərzində “Real Madrid”lə səkkiz dəfə İspaniya
çempionu olub, iki İspaniya Kuboku və bir Qitələrarası Kubok
qazanıb. Manolin Bueno 1959–1971-ci illərdə Madrid klubunda çıxış
edib, daha sonra isə İspaniyanın “Kadis” və “Sevilya”
komandalarının formasını geyinib.


