Bakı. Trend:
Fransanın İzer departamentinin Qrenobl şəhərindəki gözəllik
salonunda qumbara partlaması nəticəsində ən azı altı nəfər
yaralanıb.
Trend-in
məlumatına görə, bu barədə “Franceinfo” radio stansiyası polisdəki
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, yerli vaxtla təxminən saat 15:00 radələrində
şəhər mərkəzindəki gözəllik salonuna qumbara atılıb, nəticədə
salonun pəncərəsi sınıb və altı nəfər yüngül xəsarət alıb. Qeyd
olunub ki, qurbanlar arasında beş yaşlı bir uşaq da var.
Prokurorun sözlərinə görə, partlayıcı qurğunun öldürmək üçün
deyil, qorxutmaq üçün nəzərdə tutulduğu ehtimal edilir.

