Azərbaycana ABŞ-dən turist axını artıb

Baş səhifə

2025-ci ildə Azərbaycana Amerika qitəsi ölkələrindən 36 126 turist gəlib.

“Report”un əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 2,3 % azdır.

İl ərzində çox turist ABŞ-dən gəlib – 23 952 nəfər. Bu, 1 il əvvələ nisbətən 4,5 % çoxdur.

Bundan əlavə, Kanadadan – 5 477 (+2,9 %), Braziliyadan – 2 458 (-34,6 %), Meksikadan – 1 023 (-5,2 %), Kolumbiyadan – 944 (-17,9 %), Argentinadan – 524 (+5,4 %) Ekvatordan – 216 (+13,7 %), Çilidən – 213 (-19,9 %), Venesuelladan – 201 (+12,3 %), Perudan – 182 (-12,5 %), Kosta-Rikadan – 162 (-22,5 %), Kubadan – 128 (-14,1 %), Sent-Kits və Nevisdən– 136 (- 10,5 %), Trinidad və Tobaqodan 110 (-35,7 %), Uruqvaydan – 82 ( +13,9 %), Boliviyadan 67 ( –18,3 %), Yamaykadan 37 (- 59,8 %), Panamadan – 33 (-42,1 %), Dominikandan 32 ( – 63,2 %), Paraqvaydan 30 ( –40 %), Qvatemaladan 26 ( –65,2 %), Haitidən 22 ( +29,4 %), Hondurasdan 23 ( –56,2 %), Salvadordan 17 ( –19 %), Nikaraquadan 14 ( –6,7 %), Surinamdan 13 ( –65,8 %) Belizdən 3 nəfər ( –90,3 %) və Qayanadan cəmi 1 ( – 94,4 %) turist gəlib.

Ötən il Azərbaycana 189 ölkədən 2 milyon 570,2 min və yaxud əvvəlki illə müqayisədə 2,1 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.