Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək

Baş səhifə
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının XVI turunun daha bir oyunu bu gün keçiriləcək.

“Report”un məlumatına görə, günün yeganə matçında “Quba” “Sərhədçi” ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 20:30-da start götürəcək.

“Sərhədçi” B qrupunda 20 xalla dördüncü pillədə qərarlaşıb. Eyni xala malik olan bölgə təmsilçisi beşincidir.

Qeyd edək ki, tura fevralın 8-də yekun vurulacaq. Ötən gün “Sumqayıt” “Lənkəran”ı məğlub edib – 102:77.