
Bakı. Trend:
Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən
əvvəllər məhkum olunmuş, 37 yaşlı Heydər Quliyev saxlanılıb.
Trend xəbər verir
ki, həmin şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik
vasitə olan həşiş və marixuana aşkarlanıb.
Araşdırmalarla müəyyən edilib ki, H. Quliyev narkotikləri satmaq
məqsədilə əldə edib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


