“SpaceX” şirkəti nasazlıq səbəbindən Falcon 9 uçuşlarını dayandırdı

Baş səhifə

Bakı. Trend:

ABŞ-nin “SpaceX” şirkəti “Falcon 9” raketinin düzgün
işləmədiyini aşkar edərək və buna görə də bu modelin uçuşlarını
dayandırıb.

Trend-in məlumatına görə, bu barədə şirkət “X” sosial
şəbəkəsində yazıb.




“SpaceX” bildirib ki, 2 fevralda “Starlink” rabitə peyklərinin
növbəti partiyasının “Falcon 9″un orbitdən çıxma mərhələsindən
əvvəl buraxılması zamanı ikinci mərhələ mühərriklərinin səhv
işləməsi aşkar edilib.

“Komandalar uçuşa qayıtmazdan əvvəl hadisənin əsas səbəbini və
düzəldici tədbirləri müəyyən etmək üçün məlumatları nəzərdən
keçirirlər”, – deyə qeyd olunub.