Aİ-nin hərbi attaşeləri dərhal İranı tərk etməlidir – İran rəsmisi

Baş səhifə

Avropa İttifaqı ölkələrinin hərbi attaşeləri İranı ən qısa müddətdə tərk etməlidirlər.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu İran Parlamenti sədrinin rəsmi nümayəndəsi Əlirza Səlimi bildirib.

“Ölkədəki səfirliklərdə yerləşən Avropa hərbi attaşeləri ölkəni mümkün qədər tez tərk etməlidirlər: onlar terrorçudurlar. Terrorçuların ölkədə qalmasına icazə vermək mövcud qanunvericiliyə ziddir”, – deyə o bildirib.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyi müvafiq müddəanı bu gün tətbiq etməlidir.