
Azərbaycanda yanvarın 30-da cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ötən gün həmçinin narkotiklərlə əlaqəli 39, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 16 fakt müəyyən edilib.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin


