Bakı. Trend:
Türkiyənin İstanbul Baş prokurorluğu və şəhərin Narkotik
Cinayətlərlə Mübarizə İdarəsi birgə əməliyyatlar keçirilib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Əməliyyatın gedişində aralarında Hasan Can Kaya, Emirhan Çakal,
Mert Eren Bülbül, Döndü Şahin, Mazlum Aktürk, Sıla Dündar və
“Reynmen” ləqəbi ilə tanınan Yusuf Aktaş kimi tanınmış şəxslər
daxil olmaqla 26 şübhəli saxlanılıb.
Əməliyyatın keçirildiyi bəzi ünvanlarda hüquq mühafizə orqanları
əməkdaşları rəqəmsal materialları və müxtəlif əyani dəlilləri
müsadirə edib.

