Tbilisidən Moskvaya uçan təyyarə Minvodda məcburi eniş etdi

Baş səhifə

Bakı. Trend:

Rusiyanın “Azimut” hava yollarına məxsus, Tbilisi-Moskva hava
reysi ilə uçan sərnişin təyyarəsi Mineralnıye Vodı aerodromunda
məcburi eniş edib.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Məcburi enişin təyyarənin göyərtəsində meydana gələn və
təfərrüatları açıqlanmayan texniki səbəbə görə baş verdiyi
bildirilir.

Aviaşirkətdən bildirilib ki, ehtiyat aerodroma edilmiş eniş
uğurlu olub və sərnişinlər “Azimut”un ehtiyat təyyarəsi ilə öncəki
kurs üzrə uçuşa hazırlaşır.