“Qəbələ”nin sabiq futbolçusu “Mingəçevir”də

Baş səhifə

Bakı. Trend:

Azərbaycan 1-ci liqası təmsilçilərindən “Mingəçevir” yeni
transfer gerçəkləşdirib.

Trend xəbər
verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.




“Mingəçevir” “Qəbələ”nin sabiq qapıçısı Əmrah Məmmədlini
transfer edib. 24 yaşlı qolkiperlə cari mövsümün sonunadək müqavilə
imzalanıb.

Qeyd edək ki, Əmrah Məmmədli karyerası ərzində “Şimal”, “Cəbrayıl”, “Araz-Saatlı” və MOİK-də də oynayıb.