
Bakı. Trend:
Hindistan və Kanada neft və qaz ticarətini artırmağı
hədəfləyirlər.
Trend-in
məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.
Məlumata əsasən, Kanada neft məhsullarının tədarükünün
artırılması müqabilində Hindistana mayeləşdirilmiş təbii qaz
tədarükünü artırmağı öhdəsinə götürəcək. Bundan əlavə, ölkələr
enerji sektoruna investisiyaların genişləndirilməsi və müxtəlif
enerji sektorlarında birgə işlərin aparılması barədə razılaşmalar
elan edəcəklər.
Bu barədə rəsmi açıqlamanın yanvarın 27-də Qoada keçirələcək
Beynəlxalq Enerji Həftəsi (India Energy Week 2026) çərçivəsində iki
ölkənin enerji nazirlikləri rəhbərlərinin görüşündən sonra
veriləcəyi gözlənilir.


