İnterpolun keçirdiyi əməliyyatlarda 3700 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

İnterpol 10-21 noyabr 2025-ci ildə keçirdiyi əməliyyatlarla
bağlı məlumat yayıb.

Trend-in
məlumatına görə, Baş ofisi Fransanın Lyon şəhərində yerləşən
təşkilatın hazırladığı “Liberterra III” əməliyyatı 119 ölkədə eyni
vaxtda icra olunub. Əməliyyatda hüquq-mühafizə orqanlarının 14
mindən çox əməkdaşı iştirak edib.




Əməliyyatlar zamanı axtarışda olan 3700 nəfər saxlanılıb, 4700
nəfər zərərçəkən mühafizə altına alınıb, 13 min nəfərədək qanunsuz
miqrant aşkar edilib.