
Bakı. Trend:
Hindistan hökuməti Avropa İttifaqından idxal edilən
avtomobillərə tətbiq olunan gömrük rüsumunu 110%-dən 40%-ə
endirməyə hazırlaşır.
Trend xəbər
verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, bu addım Dehli ilə Brüssel arasında imzalanması
gözlənilən sərbəst ticarət sazişi çərçivəsində atılır. 15 min
avrodan baha Avropa avtomobillərinə tətbiq edilən vergi dərhal
azaldılacaq və gələcəkdə mərhələli şəkildə 10%-ə qədər
endiriləcək.
Bu isə Volkswagen, Mercedes-Benz və BMW kimi Avropa
istehsalçılarının Hindistan bazarına çıxışını xeyli
asanlaşdıracaq.
Razılaşma reallaşarsa, bu, Hindistan avtomobil bazarının indiyə
qədər Avropa üçün ən böyük açılışı olacaq.


