Oktyabrın 9-da Gəncə şəhərində yaşayış binasında baş verən partlayışda xəsarət alan şəxslərdən bir xəstəxanada ölüb.
“Report”un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində ağır xəsarət alan usta, 1989-cu il təvəllüdlü Elnur Qurbanov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, oktyabrın 9-da beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzildə yanğınla müşayiət olunan partlayış baş verib. Hadisə nəticəsində E. Qurbanovdan əlavə daha bir nəfər də xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

