İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır – Gideon Saar

Baş səhifə

Bakı. Trend:

İsrail Azərbaycana investisiya qoyuluşunda maraqlıdır və eyni
zamanda öz bilik və təcrübəsini bölüşməyə hazırdır.

Trend xəbər
verir ki, bunu İsrail Dövlətinin xarici işlər naziri Gideon Saar bu
gün Bakıda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun
Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İsrail Azərbaycanla iqtisadi münasibətləri
yeni səviyyəyə çıxarmaq niyyətindədir.

“Bu səbəbdən mən Bakıya su təchizatı, kibertəhlükəsizlik,
səhiyyə, ərzaq, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət
göstərən İsrailin iqtisadi təşkilat və şirkətlərini təmsil edən
40-dan çox nümayəndədən ibarət yüksək səviyyəli nümayəndə heyəti
ilə gəlmişəm”, – deyə Saar qeyd edib.