Türkiyə ilə ABŞ arasında regional və qlobal məsələlər müzakirə olunub

Baş səhifə

Bakı. Trend:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Donald
Tramp arasında telefon danışığı olub.

Trend xəbər verir ki, bu
barədə Türkiyə Prezident Aparatının Kommunikasiya İdarəsi məlumat
yayıb. Bildirilib ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ
arasında ikitərəfli münasibətlər, eləcə də regional və qlobal
məsələlər müzakirə olunub.

Ərdoğan Suriyadakı hadisələrin Türkiyə tərəfindən yaxından
izlənildiyini, bu ölkənin birliyi, həmrəyliyi və ərazi bütövlüyünün
Türkiyə üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.




Görüşdə, həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı
həbsxanalarda saxlanılan İŞİD üzvlərinin vəziyyəti müzakirə edilib.
Prezident Ərdoğan qeyd edib ki, inkişaf etmiş, terrordan azad və
dinc Suriya bütün regionun sabitliyinə töhfə verəcək.

Telefon danışığı zamanı Qəzza məsələsinə də toxunulub. Prezident
Ərdoğan Qəzzada sülhün bərqərar olması istiqamətində səylərin davam
etdiyini, Türkiyənin bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə
fəaliyyətini davam etdirəcəyini bildirib və Qəzza Sülh Şurasına
dəvətə görə Trampa təşəkkür edib.