Bakı. Trend:
Haitidə “Melissa” qasırğasının yaratdığı daşqınlar nəticəsində
ölənlərin sayı 40-a çatıb, Yamayka və Kubada isə geniş dağıntılar
qeydə alınıb.
Trend xəbər verir
ki, Dominikan Respublikasında 1, Yamaykada isə 8 nəfər həyatını
itirib. Haiti Mülki Müdafiə Agentliyinin rəhbəri Stiven Aristil
xəbərdarlıq edib ki, xüsusilə yağışlar davam etdikcə ölənlərin sayı
arta bilər.
Qasırğa oktyabrın 28-də Yamaykanı sürəti 295 km/saata çatan
küləklə vurub. Kubada isə 735 mindən çox insan sığınacaqlara
yerləşdirilib.

