
2022-ci ildən Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətinə daxil edilən dövlət icbari şəxsi sığorta ödənişləri üzrə ötən il 11 minə yaxın şəxsin müraciətinə baxılıb.
“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onlara 25 milyon manat ödəniş edilib: “Prezidentin 2021-ci il fərmanına əsasən, 1997-ci ilin avqustuna qədər əlilliyi müəyyən edilmiş 26 min şəxsin sənədləri araşdırılıb. Bu günə qədər 17 794 şəxsə əlillik dərəcəsindən asılı olaraq 4 400, 6 600 və 8 800 manat məbləğində birdəfəlik ödənişlər edilib”.
O qeyd edib ki, bu məqsədlə dövlət büdcəsindən 115,2 milyon manat vəsait xərclənib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


