Bakı. Trend:
18 fevral 2026-cı il tarixində Mingəçevir şəhər Mehdi Hüseynzadə
adına 3 nömrəli tam orta ümumtəhsil məktəbində 11-ci sinif şagirdi
pəncərədən yıxılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Aran Regional
Təhsil İdarəsindən məlumat verilib.
Bildirilir ki, hadisə ilə bağlı məktəb rəhbərliyi tərəfindən dərhal
təcili tibbi yardım çağırılıb:
“Şagirdə ilkin tibbi yardım göstərilib və müayinə olunması üçün
müvafiq səhiyyə müəssisəsinə yönləndirilib. Hadisə ilə bağlı
məktəblinin valideynlərinə və hüquq-mühafizə orqanlarına məlumat
verilib. Qeyd edirik ki, xəsarət almış şagirdin vəziyyəti idarə
tərəfindən nəzarətdə saxlanılır. İctimaiyyətdən aparılan
araşdırmanı nəzərə alaraq məsələyə həssas yanaşılması və hadisə ilə
bağlı yalnız rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş
olunur”, – məlumatda vurğulanıb.
Xəbər yenilənəcək

