Böyük Britaniya, Avstraliya və Kanada X platformasına beynəlxalq qadağa tətbiqini müzakirə edir

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniya Avstraliya və Kanada ilə birgə X sosial media
platformasına beynəlxalq qadağa qoyulmasını müzakirə edir.

Trend xəbər verir
ki, bu barədə “GB News” kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, London sosial şəbəkəyə inteqrasiya
olunmuş “Grok” çatbotundan narahatdır. Çatbot istifadəçilərə istək
əsasında qadın və uşaqların açıq-saçıq şəkillərini yaratmağa imkan
verir.




Avstraliya və Kanadadakı səlahiyyətlilər Britaniya Baş naziri
Kir Starmerin narahatlıqlarını bölüşürlər.

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya naziri Liz
Kendall da media tənzimləyicisi “Ofcom”un X-ə girişi tamamilə
bloklamağı tövsiyə edəcəyi təqdirdə onu dəstəkləyəcəyini
bildirib.