Bakı. Trend:
“Roma”nın yarımmüdafiəçisi Edoardo Bove karyerasını İngiltərədə
davam etdirəcək.
Trend xarici
KİV-ə isinadən xəbər verir ki, bu barədə tanınmış insayder
Fabritsio Romano məlumat yayıb.
Mənbənin məlumatına görə, 23 yaşlı italiyalı futbolçu gələn
həftə Çempionşip təmsilçisi “Uotford”a keçəcək. Tərəflər transferin
bütün detalları ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Bove bu mövsüm səhhətində yaranan problemlər
səbəbindən meydana çıxmayıb. O, ötən mövsüm A Seriyasında “İnter”ə
qarşı keçirilən matç zamanı – “Fiorentina”da icarə əsasında çıxış
edərkən ürək dayanması problemi ilə üzləşmişdi.

