Tramp bu ölkədə quru əməliyyatına başlanılacağının anonsunu verdi

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp daha bir ölkədə xüsusi quru
əməliyyatının başlanıldığını elan edib. Hədəf Meksikanın
narkokartelləridir.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri yerli
telekanallardan birinə verdiyi müsahibədə danışıb.




“Biz su yolu ilə gələn narkotik trafikin 97 faizinin qabağını
aldıq və indi quru üzərindən kartellərə zərbələr endirməyə
başlayacağıq. Narkokartellər Meksikanı idarə edirlər” – deyə dövlət
başçısı bildirib.

Tramp əlavə edib ki, qonşu ölkədə baş verənləri görmək onun üçün
çox kədərlidir. O, həmçinin statistik məlumat paylaşaraq bildirib
ki, ABŞ-də hər il Meksika narkokartellərinin fəaliyyəti nəticəsində
250–300 min nəfər həlak olur.