Venesuela Prezidenti Nikolas Maduro Nyu-Yorka gətirilib.
“Report”un məlumatına görə, Venesuela liderinin Narkotiklərlə Mübarizə İdarəsinin Nyu-York ofisində görüntüləri Ağ Evin mətbuat xidməti tərəfindən yayılıb.
Yayımlanan video və fotolarda Maduronun agentlərin nəzarəti altında dəhlizdə əlləri qandallı şəkildə getdiyi görünür.
Bu görüntülər Venesuela Prezidentinin Nyu-Yorka gəlişinin ilk rəsmi sübutudur.
“NBC News”un məlumatına görə, Maduro yanvarın 5-də Nyu-Yorkda məhkəmə qarşısına çıxa bilər.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

