
İtaliyada dekabrın 31-dən yanvarın 1-ə keçən gecə pirotexniki vasitələrin partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər isə xəsarət alıb.
“Report” xəbər verir ki, müvafiq statistikanı ölkənin Daxili İşlər Nazirliyi açıqlayıb.
2026-cı ildə ağır xəsarətlərlə 54 nəfər xəstəxanaya yerləşdirilib. Ölüm faktı Romada qeydə alınıb: 63 yaşlı kişi keyfiyyətsiz pirotexniki vasitənin partlaması nəticəsində həyatını itirib.
Yaralananlar arasında 68 azyaşlı var. Qurumun məlumatına görə, Neapol yaxınlığındakı Kazerta şəhərində Yeni il gecəsi 9 yaşlı uşaq əlindən güllə yarası alıb.
Nazirliyin məlumatına əsasən, xəsarət alanların sayı ötən illə müqayisədə bir qədər azalıb. Belə ki, ötən il 309 nəfər yaralanmışdı.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin


